bazar ertəsi 25 may 2026 - 19:07
Trampın zahiri siyasi manevrlərinə aldanmayın

Hövzə / İndoneziyanın “Konstitusiya Müdafiəçiləri Koalisiyası”na üzv olan bir qrup fəal 27 may 2026-cı il bazar günü İndoneziyanın Surabaya şəhərində yerləşən “Qrahadi” hökumət binası qarşısında humanitar aksiya keçirib. Etirazçılar müstəmləkəçiliyə qarşı çıxaraq İndoneziyanın müstəqil diplomatik xəttinin qorunmasını tələb ediblər.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, İndoneziyanın 36 ictimai təşkilatını birləşdirən “Konstitusiya Müdafiəçiləri Koalisiyası” 18 may 2026-cı il tarixində İndoneziyanın Surabaya şəhərində yerləşən “Qrahadi” hökumət binası qarşısında humanitar aksiya keçirib. Aksiyaya toplaşanlar hökumətdən anti-müstəmləkə mövqeyini gücləndirməyi və İndoneziyanın müstəqil diplomatik xəttini qorumağı tələb ediblər.

Etirazçılar eyni zamanda hökumətin “Sülh Şurası”ndan (BOP) dərhal çıxmasını istəyiblər. Onların fikrincə, bu qurum ölkənin milli diplomatiyasının istiqamətinə mənfi təsir göstərə bilər.

“Sülh Şurası” zahirdə dünya sülhü və Qəzzanın atəşkəsdən sonrakı yenidənqurulması məqsədilə yaradılmış beynəlxalq qurum kimi təqdim olunur. Lakin bəyanatda qeyd olunub ki, bu struktur ABŞ prezidenti Donald Trampın İsrail cinayətlərinə bəraət qazandırmaq məqsədilə həyata keçirdiyi siyasi layihənin bir hissəsidir. İndoneziya prezidenti Prabowo Subianto Prabovo Subianto 22 yanvar 2026-cı ildə Davos toplantısı çərçivəsində bu layihəyə imza atıb. İndoneziyanın həmin qurumda iştirakı son dövrlərdə ölkə daxilində ciddi tənqidlərə səbəb olub.

Aksiyanın koordinatoru Makdar Saleh İsmayıl Məqdar bildirib ki, bu hərəkat hər hansı qrupun maraqlarından deyil, qlobal humanitar narahatlıqlardan qaynaqlanır.

O, etirazçılar qarşısında çıxış edərək deyib: Bu humanitar addımdır. Biz müstəqil xalqlara qarşı istənilən müstəmləkəçilik və imperializmə qarşıyıq.

"Konstitusiya Müdafiəçiləri Koalisiyası” hesab edir ki, İndoneziya böyük güclərin maraq dairəsinə daxil olmamalıdır. Koalisiya hökumətdən Konstitusiyaya, Asiya və Afrika Konfransının ruhuna uyğun şəkildə “fəal və tərəfsiz” xarici siyasət prinsipini yenidən bərpa etməyi tələb edib.

Bəyanatda vurğulanıb: İndoneziya heç bir supergücün maraqları qarşısında təslim olmamalıdır. Xarici siyasət Konstitusiyanın tələb etdiyi kimi azad, fəal və bütün növ müstəmləkəçiliyə qarşı olan xəttə qayıtmalıdır.

Etirazçılar həmçinin Fələstində, xüsusilə Qəzza bölgəsində davam edən humanitar böhrana diqqət çəkərək bildiriblər ki, bu vəziyyət İndoneziyanın beynəlxalq arenalarda daha açıq və aktiv diplomatik mövqe sərgiləməsini tələb edir.

Koalisiyanın fikrincə, İndoneziyanın tarixi və mənəvi məsuliyyəti vardır ki, məzlum xalqların mübarizəsində ön sırada yer alsın.

Onlar hesab edirlər ki, hökumətin qlobal məsələlərdə mövqeyinə artan ictimai təzyiq, İndoneziya cəmiyyətinin ədalət və beynəlxalq müstəqillik məsələlərində daha ardıcıl və prinsipial mövqe gözlədiyini göstərir.

Saleh İsmayıl Məkdar vurğulayıb: Əgər İndoneziya susarsa, öz xalqının mübarizə tarixinə xəyanət etmiş olar.

Aksiya zamanı iştirakçılar anti-müstəmləkəçilik, humanitar həmrəylik və Fələstinin müstəqilliyinə dəstək məzmunlu plakatlar və bannerlər qaldırıblar. Təhlükəsizlik qüvvələri ərazidə ciddi təhlükəsizlik tədbirləri görüb. Natiqlər çıxışlarında qlobal geosiyasi gərginliklər fonunda İndoneziyanın müstəqil xarici siyasət xəttini qorumasının vacibliyini vurğulayıblar.

Yığıncağın sonunda etirazçılar kollektiv şəkildə hər cür müstəmləkəçilik və xarici müdaxiləyə qarşı bəyanat qəbul ediblər. Surabaya Surabaya şəhərində “Qrahadi” binası qarşısında səsləndirilən şüarlar izdiham tərəfindən təkrarlanaraq İndoneziyanın konstitusiyaya uyğun olaraq fəal və tərəfsiz xarici siyasət xəttinə sadiq qalması tələb olunub.

Etirazçılar belə şüarlar səsləndiriblər: 
“Dünyada müstəmləkəçiliyə son!”
“İndoneziyanı fəal və tərəfsiz siyasətə qaytarın!”
“Məzlum xalqların yanında olun!”

Mənbə: Ahlulbait İndoneziya

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha